Rusiya Xersondan 7525 nəfəri təxliyə etdi



 14:42 16.06.2023     311

Rusiya Kaxovka bəndinin uçmasından sonra selin baş verdiyi Xerson vilayətindən 7525 nəfərin təxliyə edildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib. Bildirilir ki, Fövqəladə Hallar Nazirliyi Xerson ərazisində 1872 bina və 44 ictimai binanı təxliyə edib. Təxliyə fəaliyyətləri başlayandan 461-i uşaq olmaqla 7525 nəfər təxliyə edilib. Onlar müvəqqəti sığınacaqlara yerləşdirilib. Xəstələr yerli xəstəxanadan evakuasiya edilib və avtobuslarla təhlükəsiz yerə aparılıb.

Məlumatda qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları içməli su problemlərini həll edir, binalarda və ətraf ərazilərdə dezinfeksiya işlərini davam etdirir.

Bahadur Seyidov