Zəlzələdə 7 qohumunu itirdilər, sonra isə... - VİDEO



 23:48 19.06.2023     1422

Hatayda zəlzələdə anasını, atasını, iki qardaşını və nənəsini itirən Mustafa Karaman və bacısı Melisa Karamanın Atalar Günü kədərli keçirib.

Demedia.az xəbər verir ki, atalarının məzarını ziyarət edən övladlar göz yaşlarını saxlaya bilməyiblər.

Fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələlərdə ən böyük dağıntı 11 il arasında Hatayda yaşanıb. Şəhərdə minlərlə insan həyatını itirərkən, yüzlərlə insan ailəsiz qalıb. Ağrının ilk günkü kimi təzə qaldığı Hatayda atalar günündə qəbiristanlıqlarda yenə hüzn yaşandı. Sükutun hökm sürdüyü qəbiristanlıqların önündə gülçülər, ziyarətçilər az idi. Bu ziyarətçilərdən biri də 25 yaşlı Mustafa Karaman və onun 18 yaşlı bacısı Melisa Karaman olub.

Onların yaşadığı bina 6 fevral zəlzələsində dağılıb. Ata Kudret, ana Səbriyyə, əkiz qardaşlar Savaş və Ömər və nənə dağıntılar altında həyatını itirib. Mustafa və Melisa 3 gün sonra yüngül xəsarətlərlə xilas edilib. 

Aysun / Demedia.az