Sudanda atəşkəs qüvvəyə minib



 14:12 19.06.2023     297

Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında əldə edilən 72 saatlıq atəşkəs başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə ordu açıqlama verib. Ordunun bəyanatında deyilir ki, Silahlı Qüvvələr, Səudiyyə Ərəbistanı və ABŞ-ın dəstəyi ilə Ciddə danışıqları çərçivəsində humanitar yardımın təmin edilməsi üçün atəşkəs təklifini qəbul edib.“Atəşkəslə bağlı öhdəliyimizə baxmayaraq, atəşkəs dövründə üsyançılar tərəfindən yol verilən hər hansı pozuntuya qətiyyətlə cavab verəcəyimizi qeyd edirik”, - bəyanatda deyilir. Çevik Dəstək Qüvvələrinin açıqlamasında isə deyilir ki, Səudiyyə Ərəbistanı və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəs qüvvəyə minib.

"Biz Səudiyyə Ərəbistanı və ABŞ-ın ölkəmizdəki böhranın həlli üçün vasitəçilik səylərini yüksək qiymətləndiririk", - açıqlamada deyilir.

Bahadur Seyidov