Rusiya heç vaxt danışıqlardan imtina etməyib - Putin



 14:42 19.06.2023     295

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsinin həlli üçün qurulan Afrika ölkələrinin sülh təşəbbüsü qrupunun nümayəndə heyəti ilə Sankt-Peterburqda görüşüb.

Demedia.az xəbər verir ki, Putin bildirib ki, dünya ərzaq bazarındakı böhranın Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatı” ilə əlaqəsi yoxdur və bu böhran Ukraynadakı vəziyyətdən çox əvvəl formalaşıb. Ukrayna taxılının dünya bazarlarına çıxarılmasının yoxsulluq və aclıq problemini həll etməyəcəyinə diqqət çəkən Putinin sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreşin Afrikanın yoxsul ölkələrinə taxıl tədarükü ilə bağlı təklifinin yerinə yetirilməsi üçün Rusiya əlindən gələni edib. Putin Rusiyanın heç vaxt danışıqlardan imtina etmədiyini vurğulayaraq, ötən ilin martında Prezident Rəcəb Tayyib Ərdoğanın köməyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin Türkiyədə danışıqlar apardığını xatırladıb.

Qeyd edək ki, Afrika ölkələrinin sülh təşəbbüsü qrupunun nümayəndələri bundan əvvəl Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bahadur Seyidov