Makron Britaniyanın müdafiə nazirinin NATO-nun baş katibi olmasına mane olub



 15:14 19.06.2023     292

Fransa Prezidenti Emmanuel Makron Britaniyanın müdafiə naziri Ben Uollesin NATO-nun növbəti baş katibi olmasına mane olmağa çalışıb.

Demedia.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Telegraph” qəzeti məlumat verib. Bildirilir ki, Makron Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar Ben Uollesin NATO-nun baş katibi olmasını istəmir. Məlumata görə, Fransa rəsmiləri NATO-dakı həmkarlarına təşkilatın növbəti baş katibinin Avropa Birliyi ölkələrindən olmasını istədikləri barədə məlumat verib.

Ekspertlər hesab edir ki, Fransanın bu həmləsi Avropa İttifaqının hərbi cəhətdən müstəqil və Vaşinqtondan daha az asılı olmasını istəməsi ilə əlaqədardır.

Bahadur Seyidov