Bəndi Rusiya partladıb - İDDİA



 15:52 19.06.2023     297

Sübutlar Rusiyanın nəzarətində olan Xersondakı Kaxovka bəndinin Moskva tərəfinin partlatdığını göstərir.

Demedia.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat verib. Hesabatda bildirilib ki, mühəndislər və partlayıcı mütəxəssisləri zavodun beton bəndindən keçən hissəsində partlayan və strukturu məhv edən partlayıcı maddələr aşkar ediblər. Beynəlxalq hüquq ekspertləri güman edir ki, bəndə partlayıcı maddələr ruslar tərəfindən yerləşdirilib.

Qeyd edək ki, Rusiya hökuməti Ukraynanı Krım üçün vacib su təchizatını kəsməkdə, Ukrayna isə Rusiyanı bəndi partlatmaqla bölgədə daşqınlara səbəb olmaqda, əkin sahələrini məhv etməkdə və mülki əhalinin su təchizatını kəsməkdə ittiham edir.

Bahadur Seyidov