Şimali Koreyanın Fəhlə Partiyası ABŞ-ın həmləsi ilə bağlı toplandı



 16:12 19.06.2023     287

Şimali Koreyanın Fəhlə Partiyasının Mərkəzi Komitəsi ABŞ-ın Cənubi Koreya sahillərinə sualtı qayıq göndərməsi ilə bağlı toplanıb.

Demedia.az xəbər verir ki, görüş Şimali Koreya lideri Kim Çen Inın iştirakı ilə baş tutub. Şimali Koreyanın rəsmi xəbər agentliyinin məlumatına görə, iclasda partiya üzvləri ABŞ-ın həmləsinin regiondakı mümkün təsirlərini müzakirə ediblər. Həmçinin qeyd edilir ki, iclasda ölkənin iqtisadi vəziyyətinin pisləşməsi eləcə də müdafiə strategiyaları müzakirə edilib.

Partiya üzvləri bildirib ki, ABŞ və Cənubi Koreyanın birgə təlimləri ölkənin mümkün işğalının məşqidir. Qeyd edək ki, ABŞ-ın Cənubi Koreya sahillərinə göndərdiyi “USS Michigan” sualtı qayığı dünyanın ən böyük sualtı qayıqlarından biridir. Sualtı qayıqdan idarə olunan bilən raketləri işə salmaq mümkündür.

Bahadur Seyidov