“Ukraynaya NATO-ya üzvlüklə bağlı imtiyazlar verilməyəcək” - Bayden



 16:54 19.06.2023     281

“Ukraynaya NATO-ya üzvlüklə bağlı imtiyazlar verilməyəcək”.

Demedia.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden belə açıqlama verib. O bildirib ki, NATO-ya üzvlüklə bağlı digər ölkələrə tətbiq olunan standartlar Ukraynaya da aiddir və bu məsələdə Kiyevə hansısa əlavə imtiyaz verilməyəcək. Jurnalistin “Ukraynanın NATO-ya üzvlüyünə yardım edəcəksinizmi?” sualına Bayden "Xeyr. Çünki onlar eyni standartlara cavab verməlidirlər. Ona görə də əlavə imtiyazlar olmayacaq” deyə cavab verib. Co Bayden bildirib ki, Ukraynanın hərbi koordinasiyası Rusiya ilə müharibədə qabiliyyətini nümayiş etdirib.

"Düşünürəm ki, NATO-ya daxil ola bilərlər. Amma bu, avtomatik proses deyil" - Bayden deyib.

Bahadur Seyidov