Çadda saxlanılan fransız əsgərlərin görüntüləri gündəm oldu



 17:12 19.06.2023     281

Çad ordusunun zirehli maşınla Sudan sərhədindəki bazaya icazəsiz daxil olan fransız əsgərlərini dayandırması görüntüləri gündəm olub.

Demedia.az xəbər verir ki, sosial mediada yayılan görüntülərdə Çad ordusunun əsgərlərin silah və texnikalarını götürdükləri 5 fransız əsgərini sıraya düzüb oturtduğu müşahidə edilir. Çad təhlükəsizlik mənbələrindən bildiriblər ki, fransız əsgərlər zirehli maşınla Sudan sərhədindəki Adre hərbi bazasına icazə sənədləri olmadan daxil olublar. Fransa ordusunun sözçüsü Pierre Gaudilliere isə bildirib ki, görüntülər Çadın şərqindəki Abeche bölgəsində quru kəşfiyyatı zamanı baş verən hadisə zamanı lentə alınıb.

Fransız əsgərlərin bu missiya üçün Çad hərbi və mülki orqanlarından icazə aldığını bildirən Qaudilyer bildirib ki, əsgərlər patrul tərəfindən dayandırılaraq sənədləri yoxlanılıb.

Bahadur Seyidov