BƏƏ və Qətər arasında diplomatik əlaqələr bərpa olunur



 17:42 19.06.2023     300

Birləşmiş Ərəb Əmirlikləri və Qətər arasında diplomatik əlaqələr bərpa olunur.

Demedia.az xəbər verir ki, dövlətlər qarşılıqlı olaraq səfirliklərini yenidən açmaq qərarına gəliblər. Məsələ ilə bağlı bəyanat Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Açıqlamada qeyd olunub ki, BƏƏ Doha səfirliyini, Qətər isə Əbu-Dabi səfirliyi və Dubay konsulluğunu yenidən açmaq qərarına gəlib.

Açıqlamada bildirilib ki, sözügedən qərar 2021-ci ildə Səudiyyə Ərəbistanında keçirilən Körfəz Əməkdaşlıq Şurasının Zirvə Toplantısında əldə olunan razılaşma əsasında qəbul edilib.

Bahadur Seyidov