Soyuducuda 4 cəsəd: Qandonduran hadisənin detalları ortaya çıxdı



 18:31 20.06.2023     528

İzmirdə 3-ü qadın olmaqla, 4 Türkmənistan vətəndaşının cəsədinin soyuducu parçalanmış halda tapılması ilə bağlı şok təfərrüatlar ortaya çıxıb.

Demedia.az xəbər verir ki, İzmir Bayraklıda bir evdə 4 Türkmənistan vətəndaşı, 3 qadın (G.H., L.G. və L.G.) və 1 kişinin (R.) cansız cəsədi tapılıb.

Şəxslərin cəsədlərinin soyuducu və dərin dondurucuda parçalanmış vəziyyətdə tapıldığı öyrənilib.

Hadisə ötən gün saat 12:30 radələrində Ədalət məhəlləsində, 1594/14 küçəsində yerləşən ikimərtəbəli evdə baş verib. Evdə yaşayan əcnəbi vətəndaşlardan xəbər ala bilməyən qohumları vəziyyəti polisə xəbər verib.

Xəbərdarlıq üzərinə evə daxil olan qruplar dərin dondurucu və soyuducuda 4 cəsəd tapıblar. Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

Türkmənistan vətəndaşı olan Gülkəmər Hanımova, Leyla və Laçın Keldiyarova adlı üç qadının Bayraklı Ədalət Məhəlləsində 3 mərtəbəli evdə parçalanmış cəsədləri dərin dondurucuda tapılıb. Polis qrupları tərəfindən evdə aparılan axtarışlar zamanı R.N. adlı kişinin meyitinin soyuducuda olduğu aşkarlanıb. Tapılan meyitlərin ana və onun iki qızına, soyuducudakı kişi cəsədinin isə eyni evdə yaşayan qızlardan birinin sevgilisinə aid olduğu bildirilib.

Aysun / Demedia.az