"Tottenham"dan Fənərbaxçaya transfer - 62 milyon avroluq ulduz gündəmdə



 19:01 20.06.2023     437

Gələn mövsüm transfer işlərinə başlayan "Fənərbaxça" iddialı heyət qurmaq üçün hərəkətə keçib.

Demedia.az xəbər verir ki, sarı-göylü heyət Premyer Liqa komandalarından olan "Tottenhem"də çıxış edən 62 milyon avroluq ulduz futbolçunu gündəminə alıb.

Gələn mövsüm Super Liqada çempion olmağı hədəfləyən Fənərbaxça, transfer işləri üçün düyməni basdı. Heyətini ulduz futbolçu ilə artırmaq istəyən sarı-göylülər "Tottenhem"in 62 milyon avroluq ulduz futbolçusunu da siyahısına daxil edib.

“Sarı-göylər” mövsümün əvvəlində “Göztəpə”dən 500 min avroya icarəyə götürdükləri İrfan Can Eğribayıt opsiyasından istifadə etdiklərini açıqlayıb. Fənərbaxça bu transfer üçün İzmir komandasına 1,2 milyon avro ödəyəcək.

"Fənərbağça" növbəti mövsüm üçün "Tottenhem"in yarımmüdafiəçisi kimi çıxış edən Tanquy Ndombeleni nəzərdən keçirir. İngiltərə mətbuatı "Football London"da yer alan xəbərə görə, fransız futbolçunun "Napoli" ilə icarə müqaviləsini başa vurduqdan sonra "Tottenhem"ə dönəcəyi bildirilib. Qeyd olunub ki, "Tottenhem"in yeni baş məşqçisi Ange Postekoqlou yeni mövsümdən əvvəl Ndombeleni dəyərləndirəcək.

Bununla belə, futbolçunun "Tottenhem"də qalmayacağına qərar verilərsə, "Fənərbağça"nın transfer etməyə hazır olduğu iddia edilirdi.

Aysun / Demedia.az