Cənubi Koreya PUA mərkəzi qurur



 15:06 20.06.2023     304

Cənubi Koreya Şimali Koreyanın pilotsuz təyyarələrlə təxribatlarına layiqli cavab vermək üçün PUA komanda mərkəzi yarada bilər.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın baş naziri Han Duk çağırış edib. O Nazirlər Kabinetinin iclasında bildirib ki, Cənubi Koreyanın hərbi və kəşfiyyat məqsədləri üçün texnologiyadan istifadə edə bilməsini təmin edəcək komanda mərkəzinin qurulmasına dair qanun qəbul edilib. Han Duk Müdafiə Nazirliyini və Birləşmiş Qərargah Rəislərini dron fəaliyyətlərini həyata keçirəcək komanda mərkəzinin ən qısa zamanda mükəmməl şəkildə qurmağa çağırıb.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya PUA-sı Seula qədər uçmuşdu.

Bahadur Seyidov