Sənadan Səudiyyə Ərəbistanına 7 ildən sonra ilk uçuş həyata keçirildi



 15:14 20.06.2023     301

Yəməndə İranın dəstəklədiyi husi üsyançılarının nəzarəti altında olan paytaxt Sənadan Səudiyyə Ərəbistanına 7 ildən sonra ilk uçuş həyata keçirilib.

Demedia.az xəbər verir ki, bu barədə adını açıqlamaq istəməyən Səna beynəlxalq hava limanının əməkdaşı Anadolu agentliyinə deyib. O bildirib ki, Yəmənin milli hava yolu şirkəti “Yemenia Airways”ə məxsus təyyarə Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Əbdüləziz beynəlxalq hava limanına uçub.

Sözügedən reysin 2016-cı ildən sonra Səudiyyə Ərəbistanına ilk kommersiya uçuşu olduğunu qeyd edən nümayəndə bildirib ki, təyyarədə 275 sərnişin olub. Onlar Səudiyyə Ərəbistanına Ümrə ziyarətinə gediblər.

Bahadur Seyidov