Sudanda vətəndaş müharibəsi 2 milyona yaxın dinc sakinə zərər vurub



 15:28 20.06.2023     295

Sudanda Çevik Dəstək Qüvvələri və ordu arasında başlayan vətəndaş müharibəsi 2 milyona yaxın dinc sakinə zərər vurub.

Demedia.az xarici KİV-lərə istinadən xəbər verir ki, müharibə nəticəsində yarım milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. Yüzminlərlə insan çöllərə və təhlükəsiz ərazilərə sığınıb. Minlərlə insan qonşu ölkələrə köçüb. Məlumata görə, atəşkəs elan edilməsinə baxmayaraq silah səsləri eşidilir. Sudanda ölkənin hər yerində, xüsusən də paytaxt Xartum və ətrafdakı Umdurman və Bahri şəhərlərində, qərbdə Darfur bölgəsində və cənubda Ubeyddə tərəflər arasında toqquşmalar baş verir.

Ölkənin şimal və şərq vilayətlərində ordunun mövqeləri daha güclüdür.

Bahadur Seyidov