Norveç hökuməti qadınlar barədə maraqlı təklif irəli sürdü



 15:43 20.06.2023     296

Norveç hökuməti qadınlar barədə maraqlı təklif irəli sürüb.

Demedia.az xəbər verir ki, hökumət iri və orta şirkətlərin idarə heyəti üzvlərinin azı 40 faizinin qadın olmasını tələb edən qanun layihəsi təqdim edib. “Bloomberg”in xəbərinə görə, Norveçin ticarət və sənaye naziri Yan Kristian Vestre mətbuat konfransında qanun layihəsinin məzmununu açıqlayıb.

O bildirib ki, Norveç dünyada bu istiqamətdə addım atan ilk ölkə olub. Qanun layihəsi təsdiqlənərsə, ölkənin 20 min iri və orta şirkətində 2028-ci ilə qədər idarə heyəti üzvlərinin azı 40 faizini təşkil etməli olacaq.

Bahadur Seyidov