Finlandiya yeni baş nazirini seçdi



 15:54 20.06.2023     290

Finlandiya parlamenti parlament seçkilərini ilk sırada tamamlayaraq koalisiya danışıqları aparan Milli Koalisiya partiyasının lideri Petteri Orponu baş nazir seçib.

Demedia.az xəbər verir ki, bu barədə Finlandiya parlamenti açıqlama verib. Bildirilib ki, Orponun lehinə 107, əleyhinə  isə 81 səs verilib. Bununla da, o baş nazir seçilib. Prosedura uyğun olaraq, səsvermənin nəticəsi prezident Sauli Niinistoya təqdim edilib. Açıqlamada Orponun 2007-ci ildən parlament üzvü olduğu bildirilib.

Qeyd edilib ki, Orpo 2016-cı ildən Milli Koalisiya partiyasının sədridir. Finlandiyada yeni hökumətdə Milli Koalisiya partiyasından 8, Həqiqi Finlər partiyasından 7, İsveç Xalq partiyası və Xristian Demokratlar partiyasından 4 olmaqla ümumilikdə 19 nazir olacaq.

Bahadur Seyidov