Danimarka Ukraynaya hərbi yardımı artırdı



 16:21 20.06.2023     299

Danimarka Ukraynaya hərbi yardımı 5 il müddətinə 3,2 milyard dollara çatdırmaq qərarına gəlib.

Demedia.az xəbər verir ki, bu barədə Danimarkanın Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, yardımın böyük hissəsi Ukrayna fondunu köçürülür. Danimarka müdafiə nazirinin müavini Troels Lund Poulsen deyib ki, Ukrayna hərbi yardımdan asılı olduğu üçün Kiyevə dəstək davam etdiriləcək.  “Ukrayna Rusiyanın təcavüzünə qarşı özünü müdafiə edərək itirilmiş əraziləri geri almağa davam edir. Biz bunu dəstəkləməyə davam etməliyik”, - deyə Troels Lund Poulsen bildirib.

Danimarka sözügedən hərbi yardım çərçivəsində Ukraynaya birbaşa silah, hərbi texnika, təcili yardım avadanlıqları və təlim dəstəyi verəcək.

Bahadur Seyidov