Bolqarıstanın milli televiziyası Ukrayna dilində xəbər bülleteni yayımlamağa başladı



 17:01 20.06.2023     298

Bolqarıstanın milli televiziyası Ukrayna dilində xəbər bülleteni yayımlamağa başlayıb.

Demedia.az xəbər verir ki, Ukrayna dilində xəbər bülleteni hər gün efirə gedir. Bolqarıstan milli televiziyasının  saytında yayımlanan 6-10 dəqiqəlik bülletenin aparıcısı Mariya Plaçkovadır. O mətbuata bildirib ki, bu xəbər buraxılışı ölkədə yaşayan və əksəriyyəti mühacir olan ukraynalılar üçün hazırlanıb. Ukraynanın Sofiyadakı səfirliyi Bolqarıstanın milli televiziyasına Ukrayna dilində xəbər bülleteni yayımladığı üçün təşəkkür edib.

Qeyd edək ki, Bolqarıstanın milli televiziyası türk dilində də xəbərlər təqdim edir.

Bahadur Seyidov