Rusiyada Ərdoğanla bağlı sənədli film təqdim olundu



 17:18 20.06.2023     295

Rusiyanın TASS xəbər agentliyinin direktor müavini Mixail Qusman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı sənədli film hazırlayıb.

Demedia.az xəbər verir ki, sənədli film TASS və “Rossiya-24” telekanalı nəzdində hazırlanıb. Film Türkiyənin Moskvadakı səfirliyində nümayiş edilib. Sənədli filmin nümayişində Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko, Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar, TASS-ın baş direktoru Sergey Mixaylov, xarici ölkələrin diplomatik nümayəndələri və jurnalistlər iştirak ediblər. Rusiyalı jurnalist Mixail Qusman bildirib ki, Ərdoğanın liderlik rolu təkcə Türkiyədə deyil, dünyada da son dərəcə əhəmiyyətlidir. Onun sözlərinə görə, Ərdoğan böyük siyasətçi və böyük şəxsiyyətdir.

Qeyd edək ki, Rusiyalı jurnalist Mixail Qusman Prezident Rəcəb Tayyib Ərdoğandan 4 dəfə müsahibə alıb.

Bahadur Seyidov