Gədəbəydə AKSİYA: Nə baş verir?



 21:52 20.06.2023     621

Söyüdlüdə hadisələrin bu dərəcəyə çatmasında yerli hakimiyyət, idarəetmə orqanları böyük məsuliyyət daşıyır.

Problem vardısa, niyə vaxtında həll olunmayıb?

Bu işlər mütləq araşdırılmalı, günahkarlar cəzalanmalıdır. Baş verənlər raket sürətiylə sosial şəbəkələrdə yayımlanır, Dövlətə, xalqa, hakimiyyətə, hüquq-mühafizə orqanlarına qarşı nifrət aşılanır. Hadisələrin günahkarları cəzalanmasa, olmayacaq! Ortada təxribat var!

Bu hadisələrdə bir necə vacib məqam var. Etiraz bir güə formalaşmayıb. Bir yandan Naxçıvanla sərhəddə ermənilər zavod tikir. Buna cavab olaraq da Azərbaycan tərəfi dəfələrlə bildirir ki, Ermənistan bu yerləri zəhərləyir, çirkləndirir. Bunların getdiyi bir vaxtda Gədəbəydə - Söyüdlüqdə belə bir hadisə baş verir. Bütün bunlar proseslərin heç də təsadüf olmadığını ortaya qoyur. Bu, bir neçə günü işi deyil. Hazırlanıb-hazırlanıb indiki məqamda ortaya bu vəziyyətdə çıxarılıb. 

Həmin yerdə hansı qanunsuzluq olubsa, dərhal addım atılmalıdır. Günahkarlar cəzalanmalıdır. Yerli hakimiyyət orqanları cavab verməlidir. Onların orda işi, vəzifəsi nədir? Nə üçün gedib vaxtında sakinlərlə görüşülməyib, gedib maraqlanmayıblar ki, dərdləri nədir?..

İlham Tumas