Bu ölkədə su böhranı! - Fövqəladə vəziyyət elan edildi



 18:00 21.06.2023     480

Uruqvayda quraqlıq səbəbiylə yaranan su qıtlığına qarşı hökumət paytaxt Montevideoda su ilə bağlı fövqəladə vəziyyət elan edib və qablaşdırılmış suyun vergidən azad edilməsi və yeni su anbarının inşası kimi bir sıra tədbirlərin görüldüyünü açıqlayıb.

Demedia.az xəbər verir ki, Uruqvayda su böhranı baş verib.

Uruqvay Prezidenti Luis Alberta Lacalle Pou, dünən axşam bəzi hökumət rəsmiləri ilə keçirdiyi ortaq mətbuat konfransında paytaxt Montevideo bölgəsində su böhranına qarşı bəzi tədbirlər gördüklərini və su təchizatının təmin edildiyini ifadə edib. Prezident Pou, hökumətin Montevideo metropolitenində su ilə bağlı fövqəladə vəziyyət elan etdiyini və butulkalara qoyulmuş suya vergidən azad edilməsini, San Xose çayından su təchizatı üçün su anbarı və boru kəmərinin tikintisini və pulsuz su paylamasını həyata keçirməyə qərar verdiyini açıqlayıb.

Prezident Pou xəstəxanalarda, qocalar evlərində, uşaq və ailə qayğı mərkəzlərində su təchizatının təmin edildiyinə də diqqət çəkib.

San Xose çayı üzərində yerləşəcək su anbarı və boru xəttinin tikintisinə bu gün başlanacağı və 30 gün ərzində tamamlanacağı və paytaxt ətrafında artan suya tələbatın bu yolla ödənilməsinin hədəfləndiyi bildirilir. Həmçinin bildirilib ki, tədbirlər çərçivəsində hökumətin sosial yardım proqramından yararlanan 21 min ehtiyacı olan şəxsə gündə 2 litr pulsuz su veriləcək. Şişelenmiş suyun vergidən azad edilməsi ilə qiymətlərin nəzərəçarpacaq dərəcədə aşağı düşəcəyi gözlənilir.

Bildirilib ki, Uruqvaydakı quraqlıq səbəbindən çənlərdəki su azalıb, magistral suda duz və xlor səviyyəsinin artmasına səbəb olub. Rəsmilərin hesablamalarına görə, əhəmiyyətli yağışlar olmadığı təqdirdə paytaxt Montevideoda və paytaxt ərazisində su ayın sonu və ya iyulun əvvəlində tükənəcək.

Aysun / Demedia.az