Sərnişin avtobusunda DƏHŞƏT: Çörək bıçağı ilə sürücüyə hücum etdi



 22:05 21.06.2023     450

Antalyada ictimai avtobusda kartla ödəniş etməyən şəxs çörək bıçağı ilə sürücü və sərnişinlərə dəhşət yaşadıb.

Demedia.az xəbər verir ki, hadisə ötən gün saat 23.00 radələrində Muratpaşa məhəlləsi Tekelioğlu küçəsində baş verib.

Alınan məlumata görə, adını dayanacaqdan öyrənmək mümkün olmayan şəxs Hüseyn Yegenoğlunun istifadə etdiyi 07 AU 0432 dövlət nömrə nişanlı avtobusa arxa qapıdan minib.

Yegenoğlu bu adamın kart çap etməsini istəyib, lakin həmin şəxs çap etmədikdə mübahisə yaranıb. Həmin şəxsdən şübhələnən avtobus sürücüsü ona nəqliyyat vasitəsini tərpətməməyi və aşağı enməsini deyib. İkili arasında mübahisə qızışarkən həmin şəxs qəfildən çantasından bıçağı çıxararaq Yegenoğluna hücum edib. Bu zaman sürücü qapıları açanda avtobusda olan sərnişinlər təşviş içində özlərini çölə atıblar. Heç kəsin xəsarət almadığı hadisədə əraziyə gələn polis qrupları, şəxsi qrup maşını ilə polis bölməsinə aparıb.

Aysun / Demedia.az