Ürəyində qüsur olan uşaqlara hansı idman növü olar? - VİDEO



 09:37 21.06.2023     593

Azyaşlı uşaqlar, xüsusən də oğlan uşaqları çox zaman idman növlərindən boksa, karateyə, bir sözlə, döyüş növlərinə meylli olurlar.

Övladlarının bu istəyini yerinə yetirən valideynlər də onların yaşından, fiziki sağlamlığından asılı olmayaraq övladlarını həmin idman növlərinə yazdırırlar. Təbii ki, uşaq idman məktəbinə gedərkən həkim müayinəsindən keçmir. Elə idman müəllimləri var ki, bunu tələb belə etmirlər. Məhz buna görədir ki, bəzən qan azlığı, ürək qüsuru yaşayan uşaqlar bu cür idman növü ilə məşğul olandan sonra müxtəlif bədbəxt hadisələrlə, hətta ölümlə üzləşə bilirlər.

Uşaq Kordioloqu Dr. Elnur İmanov bu mövzu haqqında ətraflı məlumat verib.

Dr Elnur İmanov kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.

Fidan Şamxalova / Demedia.az