Üzünüzdə və bədəninizdəki səpkilər bu xəstəlikdən xəbər verir - VİDEO



 09:44 21.06.2023     715

Sızanaq – tük follikulları və piy vəzlərinin mürəkkəb xəstəliyidir.

 

Dərinin səthində çoxlu sayda deşiklər var. Bunlar tük follikullarının dəlikləridir. Follikullara dərinin altında yerləşən piy vəzlərinin axacaqları açılır. Follikulların və piy vəzlərinin axacaqlarının piy və ölmüş dəri hüceyrələrilə tıxanması zamanı adi sızanaqlar yaranır.Bağlı sızanaqlarda bakteriyaların yaşaması üçün ideal şərait yaranır. Onların aktiv çoxalması iltihaba gətirir ki, nəticədə sızanaqlar irinciklərə çevrilir.

Qastroenteroloq-hepatoloq Nazlı Qasımova "Youtube" kanalında bu mövzu ilə bağlı video paylaşıb. Həmin videonu sizə təqdim edirik.

Fidan Şamxalova / Demedia.az