"100 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb"



 14:12 21.06.2023     299

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş dünya miqyasında 100 milyondan çox insanın münaqişələr, aclıq və iqlim dəyişikliyi səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Demedia.az xəbər verir ki, bu barədə o “Ümumdünya Qaçqınlar Günü” münasibətilə videomüraciətində qeyd edib. O bildirib ki, sərhədləri qaçqınların üzünə bağlamaq lazım deyil. Quterreşin sözlərinə qaçqınların dəstək və həmrəyliyə ehtiyacı var.

““Ümumdünya Qaçqınlar Günü” hər kəsə qaçqınları dəstəkləmək və qorumaq öhdəliklərini xatırlatmalıdır. Qaçqınların təhlükəsiz şəkildə evlərinə qayıtmaları üçün güclü siyasi iradə tələb olunur” - Antonio Quterreş deyib.

Bahadur Seyidov