Quterreş taxıl sazişi ilə bağlı çağırış etdi



 14:52 21.06.2023     308

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Qara dənizdə taxıl sazişinin  müddətinin uzadılmasının vacib olduğunu ifadə edib.

Demedia.az xəbər verir ki, BMT mətbuat katibinin müavini Farhan Haq bildirib ki, Quterreş yoxlamaların ləngiməsi və Yujnı/Pivdennıy limanının ləğv edilməsindən təəssüflənib. Açıqlamada bu vəziyyətin gəmilərin hərəkətinin ləngiməsinə və qlobal bazarlarda ərzaq tədarükünün azalmasına səbəb olduğu qeyd edilib.

Bəyanatda BMT-nin taxıl təşəbbüsünə və Rusiya ilə BMT arasında imzalanmış anlaşma memorandumuna tam sadiq olduğu vurğulanaraq, təşəbbüsün xüsusilə Ukrayna və Rusiyada biçin vaxtının başladığı bu dövrdə əhəmiyyətli olduğuna diqqət çəkib.

Bahadur Seyidov