Bild qəzeti redaktor işlərini süni intellektlə əvəz edir



 15:19 21.06.2023     303

Avropanın ən çox satılan qəzeti olan Almaniyanın Bild qəzeti müxtəlif redaktor işlərini süni intellektlə əvəz edəcək.

Demedia.az xəbər verir ki, qəzet tam rəqəmsal media şirkəti olacaq. Qərar 100 milyon avroluq xərclərin azaldılması proqramının bir hissəsidir. Məlumata görə, yenilik sayəsində yüzlərlə işçinin ixtisar ediləcəyi gözlənilir. Qəzetin sahibi Axel Springer işçi heyətinə göndərdiyi məktubda bildirib ki, işləri süni intellekt tərəfindən yerinə yetirilə bilən işçilər vəzifədən uzaqlaşdırılacaq.

Qeyd edək ki, bəzi qəzet rəhbərləri ChatGPT kimi süni intellekt vasitələrinin müstəqil jurnalistikanı həmişəkindən daha yaxşı  əvəz edə biləcəyini qeyd edib. Alman Jurnalistlər Birliyi isə bu açıqlamaları tənqid edib.

Bahadur Seyidov