Kilauea vulkanı fəaliyyətini dayandırdı



 16:08 21.06.2023     295

Dünyanın ən aktiv vulkanlarından biri olan ABŞ-ın Havay adalarında yerləşən Kilauea vulkanı iki həftədən sonra fəaliyyətini dayandırıb.

Demedia.az xəbər verir ki, ABŞ-ın Geoloji Xidmətinin Havay Vulkan Rəsədxanası vulkandakı aktivliyin dayandığını açıqlayıb. Havay Vulkan Rəsədxanası bildirib ki, lavanın soyuması və krater dibinə axmasının tamamilə dayanması xeyli vaxt alacaq. Məlumata görə, Kilauea vulkanının iki həftəlik fəaliyyəti zamanı ərazidəki yaşayış məntəqələri və tikililərə ziyan dəyməyib.

Qeyd edək ki, dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb.

Bahadur Seyidov