ABŞ-ın Ukraynaya 2 illik yardımının dəyəri 6,2 milyard dolları ötüb



 15:42 21.06.2023     279

ABŞ-ın Ukraynaya 2 illik silah və avadanlıq yardımının dəyəri 6,2 milyard dolları ötüb.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi açıqlama verib. Müdafiə Nazirliyinin sözçüsünün müavini Sabrina Sinq mətbuat konfransında deyib ki, bu, ABŞ administrasiyasının Konqresdən əlavə vəsait tələb etmədən Ukraynaya daha çox hərbi yardım etməsinə imkan verəcək. Sinq qeyd edib ki, Pentaqonun Ukraynaya göndərdiyi avadanlıqların maliyyə dəyəri 2022-ci ildə 2,6 milyard dollar, 2023-cü ildə isə 3,6 milyard dollardan çox olub.

ABŞ Dövlət Departamentinin açıqladığı məlumatlara görə, 2021-ci ilin yanvarından bəri Birləşmiş Ştatlar Ukraynaya hava hücumundan müdafiə sistemləri, tank əleyhinə döyüş sursatları və kamikadze dronları da daxil olmaqla ümumilikdə 42 milyard dollarlıq hərbi yardım edib.

Bahadur Seyidov