Ticarət əlaqələri rekord həddə çatdı



 16:54 21.06.2023     290

Moskvanın ən böyük iqtisadi tərəfdaşı olan Pekin Rusiyadan may ayında 9,71 milyon ton neft alıb.

Demedia.az xəbər verir ki, bu, 2022-ci ilin birinci yarısı ilə müqayisədə iki dəfə çoxdur. Çin administrasiyası Ukrayna müharibəsi başlayandan bəri Rusiyadan neft idxalının ən yüksək həddə çatdığını açıqlayıb. Məlumata görə, iki ölkə arasında ticarət də rekord qıraraq 190 milyard dollara çatıb. Xarici KİV-lərin məlumatına görə, rəqəmlər iki ölkə arasında iqtisadi əlaqələrin may ayında Moskvanın Ukraynaya müdaxiləsindən sonra görünməmiş yüksəlişi əks etdirir.

Qeyd edək ki, Qərb Ukrayna müharibəsinə görə, Rusiyadan neft idxalını azaldıb.

Bahadur Seyidov