Polşa Avropanın ən güclü ordularından birinə çevrilməyi hədəfləyir



 17:05 21.06.2023     299

NATO-nun şərq cinahında ən güclü ordulardan birini qurmaq istəyən Polşa Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra təhlükəsizlik problemlərini həll etmək üçün hərbi xərclərini artırıb.

Demedia.az xəbər verir ki, son iki ildə müdafiə sənayesinə böyük sərmayə qoyan Polşa, Avropanın ən güclü ordularından birinə çevrilməyi hədəfləyir. Bu məqsədlə Polşa, Cənubi Koreya və ABŞ kimi ölkələrlə silah tədarükü müqavilələri imzalayıb. Polşa hökuməti hərbi xərcləri 130 milyard zlotiyə (27,7 milyard avro) çatdırıb. Bu, NATO ölkələri arasında ən yüksək göstəricidir. Bu rəqəm ölkənin ümumi daxili məhsulunun (ÜDM) 4 faizini təşkil edir.

Qeyd edək ki, Polşanın müdafiə naziri Mariuş Blaşçak "Kreml güclü ölkəyə hücum etməz. Zəif yer görsələr, hücuma keçərlər” deyə bildirmişdi.

Bahadur Seyidov