"Əl-İttihad" Nqolo Kanteni heyətinə qatdı



 17:43 21.06.2023     343

Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandası "Çelsi"nin fransız futbolçusu Nqolo Kanteni heyətinə qatıb.

Demedia.az xəbər verir ki, “Əl-İttihad” 32 yaşlı yarımmüdafiəçi Kante ilə anlaşdıqlarını açıqlayıb. Məlumata görə, futbolçu ilə 3 illik müqavilə imzalanıb. Xarici KİV-lərdə Kantenin 3 illik müqaviləsi ərzində ümumilikdə 100 milyon avro maaş alacağı irəli sürülüb.

Qeyd edək ki, Fransada “Bulon” və “Kaen”in formalarını geyinən Kante İngiltərənin “Lester Siti” komandasında Premyer Liqa çempionluğunu qazandıqdan sonra 2016-cı ildə 35 milyon avroya “Çelsi”yə transfer olunub. Kante "Çelsi"nin heyətində 269 oyuna çıxıb və 13 qol vurub.

Bahadur Seyidov