Quranı 18 saata əzbər şəkildə xətm etdi...



 18:00 22.06.2023     480

Boluda Qırğızıstanlı tələbə Aycan Aharbayeva Qurani-Kərimi 18 saata əzbərləyib.

Demedia.az xəbər verir ki, Sandallar Beynəlxalq Bölgəsi Qızlar İnternat Məktəbinin şagirdi olan 20 yaşlı Aycan Aharbayeva Quran kursu müəllimi Emine Öztürkün nəzarəti altında əzbərləməyə başlayıb və 6 ay kimi qısa müddətdə əzbəri tamamlayıb.

İl Müftisi Əli Rıza Tahiroğlu Aycan Aharbayevanı ofisində qəbul edib.

"Aycan qardaşımız əzbərini 6 ayda tamamladı. Daha da önəmlisi 18 saat kimi qısa bir zamanda Quran tilavəti ilə çox çətin və əhəmiyyətli bir uğura imza atdı. "Ona hər zaman dəstək olan müəllimini təbrik edirəm. .Allah ondan razı olsun.Aycan qardaşımız kimi tələbələrimizin sayını artırsın.Ona gələcək həyatında uğurlar arzulayıram".

İl Müfti müavini Fadime Arslanın da iştirak etdiyi səfərdə Tahiroğlu Aharbayevaya müxtəlif hədiyyələr təqdim edib, Emine Öztürk və Kurs müdiri Zeynep Aktaşa təşəkkür edib.

Aysun / Demedia.az