Mourinyo istəmədi, "Fənərbaxça" transfer üçün əlaqə saxladı



 18:47 22.06.2023     468

Super Liqada mövsümü ikinci pillədə başa vuran və növbəti mövsümdə rəqabətədavamlı bir komanda qurmağı hədəfləyən Fənərbaxçanın transfer çalışmaları sürət qazanıb.

Demedia.az xəbər verir ki, komanda Joze Mourinyonun Romada istəmədiyi gənc müdafiəçini heyətinə qatmağı planlayır.

Rayan Kentlə anlaşan və Edin Dzeko ilə imza mərhələsinə gələn "Fənərbağça"nın Romada çıxış edən uğurlu futbolçunu heyətinə qatmaq istədiyi iddia edilib.

Təqvim qəzetinin xəbərinə görə; "Fənərbaxça" "Roma"da çıxış edən 23 yaşlı müdafiəçi Maraş Kumbullanı transfer etmək istəyir. Sarı-göylərin gənc müdafiəçinin meneceri ilə əlaqə saxladığı qeyd edilib.

Albaniyalı futbolçunun Joze Mourinyo tərəfindən heyətdə yer almadığı bildirilib.

Hellas Verona infrastrukturunda böyüyən Maraş Kumbulla 2020-2021 mövsümündə Romaya 3 milyon avroya icarəyə verilib. "Roma" 2021-2022 mövsümünün əvvəlində albaniyalı futbolçu üçün "Hellas Verona"ya 26 milyon 500 min avro transfer haqqı ödəyib.

Aysun / Demedia.az