4 gün dostunun meyiti ilə eyni yerdə qaldı - ŞOK HADİSƏ



 19:01 22.06.2023     576

Kolumbiya vətəndaşı Manuel Xavier Prado Kortesin (56) cansız cəsədi Samsun limanından 3 mil aralıda Katya ATK-da konteynerdə tapılıb.

Demedia.az xəbər verir ki, ölən dostunun cəsədi ilə 4 gün səyahət edən Luis Antonio Obando Kastro (57) prokurorluqdakı ifadəsində gəmiyə qanunsuz daxil olduqlarını etiraf edib. Kastro həbsdən sonra azadlığa buraxılıb.

Hadisə ötən gün Samsunda baş verib. Kolumbiyadan Samsuna gələn “Katya ATK” gəmisinin lyukunun möhürünün qırıldığını görən gəminin işçiləri qaçış olub-olmadığını yoxlayıb. Samsundan 3 mil aralıda aparılan nəzarət zamanı konteynerdə Kolumbiya vətəndaşı Manuel Xavier Prado Kortesin cansız cəsədi tapılıb. Onunla birlikdə olan Luis Antonio Obanda Kastro adlı sərnişin də gəmi personalı tərəfindən yaxalanıb.

Hadisə barədə gəmi personalı sahil mühafizə qruplarına məlumat verib. Kastro onunla birlikdə olan həmyerlisi Manuel Xavier Prado Kortesin öldüyünü və cəsədi ilə 4 gün səyahət etdiyini bildirib. Kortesin cəsədi daha sonra sahilə çıxarılaraq yarılma üçün Samsun Təhsil və Araşdırma Xəstəxanasının meyitxanasına aparılıb. Polis qrupları Luis Antonio Obando Kastronu saxlayıb. Məhkəməsi tamamlandıqdan sonra bu gün Samsun Ədliyyəsində sərbəst buraxılan Kastro prokurorluqdakı ifadəsindən sonra sərbəst buraxılıb. Bildirilib ki, Kastronun ölümünün dəqiq səbəbi ekspertizadan sonra müəyyənləşəcək.

Aysun / Demedia.az