Edama məhkum olunmuş "AŞPAZ": Hər yemək üçün dua etmişəm...



 20:02 22.06.2023     594

Musiqiçi və fotoqraf Brayan Prays 1989-cu ildə keçmiş arvadına təcavüz etdiyinə və baldızını qaçırdığına görə 15 il müddətinə azadlıqdan məhrum edildikdən sonra həyatı fərqli bir dönüş alıb.

Demedia.az xəbər verir ki, Texas Huntsville həbsxanasında cəza çəkərkən Prays orada bir müddət mətbəxdə işləmişdir. Bir gün edam məhbuslarının son yeməklərini bişirən, lakin artıq bu işi görmək istəməyən dördulduzlu aşpaz işini tərk etdikdən sonra Praysın kulinariya karyerası irəliyə doğru sıçrayış etdi.

Mətbəxdə gündəlik işlərlə məşğul olmaq əvəzinə, Prays edam edilmək üçün məhbusların istədikləri son yeməkləri bişirməkdən məsul idi və həbsxanadakı karyerası ərzində 218 yemək bişirdi. Brayan Prays edam məhbuslarına dedi ki, istədikləri son yeməyi bişirmək qəribə, lakin qürurverici bir hissdir.

Bişirdiyi son yeməkdən sonra kamerasına gedərkən uzun müddət düşündüyünü dilə gətirən Brayan Prays: "İlk bişirdiyim yemək adam öldürməkdən mühakimə olunan Laurence Buxton idi. Son istəyi isə xüsusi biftek idi, lakin mətbəxdə onun istədiyi yeməyə uyğun inqrediyent yox idi.Mən biftek bişirdim.Əlimdən gələni etdim.Səhəri gün nəzarətçi mənə dedi ki, edam məhbusu mənim yeməyimi bəyənib və təşəkkür etdi.Bu məni çox təəccübləndirdi. gecə kamerama qayıtdım və həqiqətən də bu barədə düşündüm.Bu, ölmək üzrə olan bir adamın bu dünyadan getməsidir."O getməzdən əvvəl kiməsə son təşəkkür idi".

Edam məhbusları üçün yemək bişirməyin onun üçün maraqlı hiss olduğunu dilə gətirən Prays: “Dünyada son dəfə bir insana nədənsə həzz verdim. Ola bilsin ki, edamdan bir az əvvəl onun fikri bir az dağılıb, təsəlli olub. Düşünürəm ki, bu, çox təvazökar və emosional bir təcrübədir. Həmişə hazırladığım hər yemək üçün dua etmişəm”.

Aysun / Demedia.az