Dünyanın ən qədim runik daşının üzərindəki sirli söz...



 21:00 22.06.2023     591

Norveçdə tapılan dünyanın ən qədim runik daşının üzərində indiyədək eşidilməyən sirli söz var.

Norveçli arxeoloqlar təxminən 2000 il əvvəl yazılmış dünyanın ən qədim runik daşını tapdıqlarına inanırlar. Kəşf əvvəlki arxeoloji tapıntılardan bir neçə əsr daha qədimdir.

2021-ci ilin sonunda Oslonun şimal-qərbindəki Tyrifjordendə dəmir yolu tikintisinin qazıntılarından əvvəl arxeoloji işlərdə tapılan runik daşı 30x30 ölçülü qəhvəyi qumdaşıdan hazırlanıb.

Oslodakı Mədəniyyət Tarixi Muzeyindən verilən məlumata görə, runik daşının yanındakı qəbirdən tapılan sümük və ağacın karbon analizi daşın eramızın 1-ci ili ilə eramızın 250-ci illəri arasında yazıldığını göstərir.

“Bu unikal kəşfdir”
Skandinaviyanın ən qədim əlifbası olan runik əlifba ilə yazılmış bu daşlar xüsusilə Vikinqlər dövründə məzarların üzərinə qoyulmuşdur.

Muzeydən verilən açıqlamada, “İsanın dövründən ola biləcək” bu tapıntının qədim runik yazıları araşdıran arxeoloqlar üçün “xəyal” olduğu bildirilib.

Norveçin NTB xəbər agentliyinə danışan Runoloq Kristel Zilmer, “Norveç və İsveçdə ilk tapıntıların 300-400-cü illərdə ortaya çıxdığını düşündük. Ancaq məlum oldu ki, bəzi runik daşlar düşündüyümüzdən daha qədim ola bilər, - o deyir: "Bu, nadir tapıntıdır".

Bəs sirli söz nə deməkdir?

Runik daşların mənşəyi əsasən sirr olaraq qalır. Tyrifjordendə tapılan runik daşının üzərindəki yazı latın əlifbasına çevriləndə daha əvvəl eşidilməyən bir söz diqqəti cəlb edir: İdiberuq. Bu sözün məzarda yatan şəxslə əlaqəsi olduğu düşünülür.

Yeni tapılan sirli runik daşı yanvarın 21-dən fevralın 26-dək Oslodakı Mədəniyyət Tarixi Muzeyində nümayiş etdiriləcək.

Aysun / Demedia.az