DƏHŞƏTLİ HADİSƏ: 5-ci mərtəbədən yıxıldı və...



 23:48 22.06.2023     699

Türkiyədə dəhşətli hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Ordunun Altınordu rayonunda pəncərələri təmizləyən Nazan Başkaya (29) 5-ci mərtəbədən yıxılaraq ağır yaralanıb.

Həmin anlar bir iş yerinin təhlükəsizlik kamerasına əks olunub. Hadisə, günorta saatlarında rayonun Bucak rayonunda baş verib. İki uşaq anası Nazan Başkaya təmizlik üçün 5-ci mərtəbədəki qayınanasının evinə gedib və pəncərəni təmizləyərkən yıxılıb. Birinci mərtəbəyə yıxılan Başkaya ağır yaralanıb.

Hadisə yerinə təcili yardım və tibb işçiləri göndərilib. Hadisə yerində ilk müdaxiləsi edilən Başkaya təcili yardımla Ordu Təhsil və Araşdırma Xəstəxanasına aparılıb və müalicə olunub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Aysun / Demedia.az