Meksikada insan qaçaqmalçıları tərəfindən aldadılan 130 miqrant xilas edildi



 11:25 22.06.2023     285

Meksikanın Sonora əyalətində insan qaçaqmalçıları tərəfindən aldadılan 130 miqrant xilas edilib.

Demedia.az xəbər verir ki, təhlükəsizlik qüvvələri Sonora əyalətində miqrantlarla dolu 4 avtobusu saxlayıb. 20-si uşaq olmaqla 130 qeyri-qanuni miqrant insan qaçaqmalçılarının əlindən xilas edilib. Əfqanıstan, Burkina Faso, Çin, Ekvador və digər ölkələrdən olan miqrantlar Sonoradakı Milli Miqrasiya İnstitutuna aparılıb. 2022-ci ilin məlumatlarına görə, 2000-dən çox miqrant insan qaçaqmalçıları tərəfindən aldadılıb və onlar narkotik dəstələrinə təhvil verilib.

Məlumata görə, 2022-ci ildə əməliyyatlarda 2115 miqrant xilas edilib.

Bahadur Seyidov