Nümayəndələr Palatasının üzvləri Modinin çıxışını boykot edir



 13:04 22.06.2023     321

​ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü Alexandria Ocasio-Cortez və müsəlman deputat İlhan Omar Hindistanın baş naziri Narendra Modinin ABŞ Konqresinə müraciətini boykot edəcəklər. 

Demedia.az xəbər verir ki, Ocasio-Cortez, tolerantlıq və mətbuat azadlığına əhəmiyyət verən digər millət vəkillərini Hindistanın baş nazirinin çıxışını boykot etməyə çağırıb. O 2015-ci ildə dini azadlıqları pozduğu səbəbi ilə Modinin ABŞ vizasını ləğv edildiyini xatırladıb. Demokrat millət vəkili Ömər də Modinin dini azlıqlara zülm etdiyini və zorakı hindu millətçi qruplarını təşviq etdiyini bildirib. O Modinin Konqresdəki çıxışına qatılmayacağını açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Nümayəndələr Palatasının müsəlman üzvü Rəşidə Tlaib Modinin çıxışını boykot edəcəyini açıqlamışdı. Hindistanın baş naziri Narendra Modi Vaşinqtona səfər edib.

Bahadur Seyidov