Blinken G7 ölkələri və Avropa İttifaqının nümayəndələri ilə görüşdü



 14:21 22.06.2023     301

ABŞ dövlət katibi Antoni Blinken G7 ölkələri və Avropa İttifaqının nümayəndələri ilə görüşüb.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib. Açıqlamada bildirilib ki, Ukraynanın Təkmilləşdirilməsi Konfransında iştirak etmək üçün Londona səfər edən Blinken, G7 ölkələri və Avropa İttifaqının nümayəndələri ilə bir araya gəlib. Bəyanatda qeyd olunub ki, Blinkenin Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və Aİ nümayəndələri ilə görüşündə tərəflər Rusiyanın müharibəsinə qarşı Ukraynaya dəstək verməyin vacibliyini vurğulayıblar.

Blinken Çinə səfəri ilə bağlı nümayəndələrə məlumat verib. G7 ölkələri Çinlə yaxın koordinasiyanın vacibliyinə toxunublar.

Bahadur Seyidov