BMT İsrailə çağırış etdi



 14:48 22.06.2023     300

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres işğal olunmuş Fələstin torpaqlarında davam edən zorakılıq və insan itkilərindən dərin narahatlığını ifadə edib.

Demedia.az xəbər verir ki, bu barədə BMT sözçüsünün müavini Fərhan Haq yazılı açıqlama verib. Quterreş işğal altındakı İordan çayının qərb sahilində 4 israillinin öldürülməsi ilə yanaşı dinc əhaliyə qarşı hər cür zorakılıq və terror aktlarını pisləyib. Quterreş İsrail ordusunun Cenin bölgəsinə hücumu nəticəsində 2-si uşaq olmaqla 7 fələstinlinin həyatını itirdiyi hadisələrdən narahat olduğu ifadə edib.

Onun sözlərinə görə, bölgədə gərginliyin azaldılması vacibdir.

Bahadur Seyidov