Hollandiyada fermer böhranı



 16:01 22.06.2023     301

Hollandiyada hökumət rəsmiləri ilə fermerlərin nümayəndələri arasında “Kənd Təsərrüfatı Müqaviləsi” ilə bağlı danışıqlar uğursuz alınıb.

Demedia.az xəbər verir ki, buna səbəb ölkədəki ən böyük fermerlər birliyi olan “LTO”nun masadan qalxması olub. Birliyin masadan qalxması ilə razılaşma əldə olunmayıb. Kənd Təsərrüfatı, Təbiət və Ərzaq Keyfiyyəti Naziri Piet Ademanın parlamentin aşağı palatasına göndərdiyi məktubda bildirilir ki, fermerlərin nümayəndələri ilə “Kənd təsərrüfatı müqaviləsi” ilə bağlı aparılan danışıqlar konsensus əldə edilmədən başa çatıb. Məktubda “LTO” masadan ayrıldıqdan sonra hökumət rəsmilərinin digər kiçik qruplarla görüşlərini davam etdirdiyi bildirilib.

“LTO”nun danışıqlara qatılmama qərarından sonra digər fermer qrupları danışıqların müvəffəqiyyətlə nəticələnməyəcəyini əsas gətirərək prosesin bitməsini tələb ediblər. Bundan sonrakı prosesə hökumət qərar verəcək.

Bahadur Seyidov