"Barselona" klubu "Real Madrid"i tənqid etdi



 16:19 22.06.2023     290

İspaniyanın "Barselona" klubu "Real Madrid"i nigeriyalı basketbolçu Ceyms Nnajini hədəfə aldığı iddia edilən irqçi təhqirlərə görə tənqid edib.

Demedia.az xəbər verir ki, “Barselona” klubu İspaniya 1-ci Basketbol Liqasının play-off final seriyasında “Real Madrid”lə oyundan əvvəl baş verən hadisələrlə bağlı yazılı açıqlama verib. Açıqlamada deyilir ki, matçın keçirildiyi idman zalının giriş qapısında gözləyən bir qrup “Real Madrid” azarkeşi Ceyms Nnaji başda olmaqla bəzi basketbolçulara və texniki heyətə irqçi təhqirlər səsləndirib.

Qeyd edək ki, İspaniya 1-ci Basketbol Liqasının play-off final seriyasında “Barselona” “Real Madrid”ə qalib gələrək, çempion olub.

Bahadur Seyidov