Sudanda toqquşmalar səngimir



 17:38 22.06.2023     299

Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında 3 günlük atəşkəs müddəti bitəndən sonra toqquşmalar yenidən başlayıb.

Demedia.az xəbər verir ki, paytaxt Xartumun qərbində yerləşən Umdurman şəhərində ağır və yüngül silahlardan istifadə edilməklə ağır toqquşmalar baş verib. Paytaxtın şimalındakı Bəhri şəhərində də atışmaların baş verdiyi deyilir. Bildirilir ki, orduya məxsus döyüş təyyarələri Bəhri və Umdurmanda yerləşən Çevik Dəstək Qüvvələrinin mövqelərini hədəfə alıb. "Xüsusi Əməliyyat Qüvvələri üsyançı qüvvələrin dərinliklərində əməliyyatlar aparır", - Sudan ordusunun bəyanatında deyilir.

Açıqlamada çoxlu sayda döyüş maşınının tam təchizatla ələ keçirildiyi bildirilib.

Bahadur Seyidov