Si Cinpinə diktator deyən Baydenə etiraz



 15:43 22.06.2023     287

ABŞ Prezidenti Co Baydenin Çin sədri Si Cinpinin “diktator” olduğunu eyham etməsinə Pekin tərəfi etiraz edib.

Demedia.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning ABŞ tərəfinin açıqlamasını  “absurd və məsuliyyətsiz” adlandırıb. Çinin belə açıqlamalara qarşı olduğunu bildirən Mao bildirib ki, bu, siyasi təxribatdır.

Qeyd edək ki, Co Bayden bildirib ki, Si Cinpinin Çin "casus şarı”nın ABŞ hava məkanında vurulmasına reaksiyası onun şarın orada olması ilə bağlı məlumata sahib olmamasından irəli gəlir.

"Mən ciddiyəm. Nə baş verdiyini anlamayan diktatorlar üçün böyük ayıbdır", - Bayden deyib.

Bahadur Seyidov