Dilənçinin ayaqqabısından elə şeylər çıxdı ki... - İNANILMAZ HADİSƏ



 22:05 23.06.2023     593

Türkiyənin Taksim bölgəsində bələdiyyə polisinin keçirdiyi əməliyyatda 16 dilənçiyə pul cəzası kəsilərkən, dilənçiliyə məruz qalan 24 uşaq Uşaq Şöbə Müdirliyinə təhvil verilib.

Demedia.az xəbər verir ki, araşdırmalarda bir dilənçinin ayaqqabısının altından 902 lirə tapılıb.

Qurban bayramı öncəsi İstanbul Böyükşəhər Bələdiyyəsi Zabıta qrupları Taksim Meydanı və İstiqlal küçəsində dilənçilik fəaliyyətinin qarşısını almaq üçün müraciət etdi. 16 dilənçiyə cərimə tətbiq edilərkən, dilənçiliyə məruz qalan 24 uşaq Yetkinlik yaşına çatmayanlarla iş üzrə Şöbə Müdirliyinə təhvil verilib.

Aparılan araşdırmalarda şəxsiyyəti müəyyən edilə bilməyən əcnəbi uyruklu dilənçinin axtarışı aparılıb. Axtarış zamanı dilənçinin ayaqqabısının altındakı deşikdən 902 lirə aşkar edilib. Digər tərəfdən, 2023-cü ildə dilənçilərə təxminən 2 milyon türk lirəsi cərimə tətbiq edilərkən, 3 min 595 dilənçi cinayət məsuliyyətinə cəlb edilib.

Aysun / Demedia.az