Neymar hamilə sevgilisini aldatdı: Sosial şəbəkədə etiraf etdi



 22:36 23.06.2023     600

Fransa Liqa 1 komandalarından olan PSJ-nin dünya ulduzu futbolçusu Neymar sosial media hesabında paylaşdığı paylaşımla gündəmə damğasını vurub.

Demedia.az xəbər verir ki, bu mövsüm yaşadığı uğursuz zədələrlə çox vaxt ala bilməyən PSJ-nin ulduz futbolçusu Neymar şəxsi həyatı ilə bağlı sosial şəbəkədə paylaşdığı açıqlama ilə diqqət çəkib.

Bu mövsüm Fransa Liqasında 20 oyun keçirən braziliyalı ulduz futbolçu 13 qol vurub, 11 məhsuldar ötürmə edib. Bu mövsüm Çempionlar Liqasında 6 oyunda iştirak edən Neymar 2 qol vurub, 3 məhsuldar ötürmə edib. Neymar bu matçlarda 4 sarı vərəqə alıb. Neymar Fransa kubokunda 1 oyunda iştirak edib. 31 yaşlı braziliyalı futbolçu 2 qol vurarkən assist edə bilməyib.

Hazırda qiyməti 70 milyon avro olan ulduz futbolçunun PSJ ilə müqaviləsi 2025-ci ildə başa çatacaq.

Braziliyalı jurnalist Neymarın hamiləlik dövründə sevgilisini bir neçə dəfə aldatdığını iddia edib.

Neymar sosial media hesabından mövzu ilə bağlı etiraflar edib və sözləri gündəmi zəbt edib.

Neymarın sosial media hesabında paylaşdığı açıqlamanı təqdim edirik:

"Bru, mən bunu həm bizim, həm də ailəmiz üçün edirəm. Həyatımızda sənə ehtiyacım var. Mən bütün bunlardan nə qədər keçdiyini, nə qədər əziyyət çəkdiyini və nə qədər əziyyət çəkdiyini görmüşəm. sən mənim yanımda olmaq istəyirsən. Mən sənin yanındayam. Səhv etdim.

Baş verənlər həyatımdakı ən xüsusi insanlardan birinə çatdı. Yanımda görmək arzusunda olduğum qadın, uşağımın anası və ailəsi əlini uzatdı. Artıq səhvlərimə və lazımsız sözlərimə görə üzr istədim, amma özümü məcbur hiss edirəm. bunu açıq şəkildə etmək.Əgər şəxsi məsələ ictimailəşibsə, üzrxahlıq da açıq olmalıdır.Mən özümü sənsiz təsəvvür edə bilmirəm.Birlikdə olacağıqmı bilmirəm amma bu gün cəhd etmək istədiyimə əminsən. Körpəmizə olan sevgimiz qalib gələcək və sevgimiz bizi gücləndirəcək.Hər zaman biz sizi sevirik".

Aysun / Demedia.az