Kosovo və Serbiya seçkilərlə bağlı razılığa gəldi



 12:52 23.06.2023     296

“Kosovo və Serbiya liderlərinin böhranın səbəbləri və həlli ilə bağlı fərqli yanaşmaları var. Biz yeni seçkilərin zəruriliyi ilə bağlı razılığa gəldik və məsələni ətraflı müzakirə etdik”.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell belə açıqlama verib. Gərginliyi azaltmaq üçün liderlərlə ayrı-ayrı görüşlər keçirdiyini bildirən Borrell əvvəlcə Kurti, daha sonra Vucic ilə görüşdüyünü və danışıqların 4,5 saat davam etdiyini bildirib.

"Biz Kosovonun şimalındakı bələdiyyə binaları ətrafında polis əməliyyatlarının dərhal dayandırmasını xahiş etdik. Biz bütün dörd bələdiyyə sədrindən öz vəzifələrini müvəqqəti olaraq bələdiyyə binaları xaricindəki binalarda yerinə yetirmələrini xahiş etdik. Serbiyadan etirazçıları bələdiyyə binalarından geri çəkməsini istədik. Kosovonun polisi geri çəkdiyini bildirib. Biz onların qeyd-şərtsiz dörd bələdiyyənin hamısında növbədənkənar seçkilər elan etmələrini istədik. Həm problemin mahiyyəti, həm də həll yolu erkən seçkilərdir” – Borrel deyib.

Bahadur Seyidov